Deputat ATƏT Parlament Assambleyasının Nazirlər Şurasının iclasına da qatılacaq.
Milli Məclisin deputatı Azay Quliyev ATƏT Parlament Assambleyasının Büro iclasında iştirak etmək üçün bu gün İsveçrənin Bazel şəhərinə yola düşüb.
Teleqraf.com xəbər verir ki, büro iclasında ABŞ-da, Ukraynada, Moldovada, Bosniya və Herseqovinada keçirilmiş seçkilərin müşahidə olunmasının nəticələri, ATƏT PA-nın keçirəcəyi gələcək tədbirlər və başqa mövzularda fikir mübadiləsi aparılacaqdır.
Səfər müddətində deputat Azay Quliyev ATƏT Parlament Assambleyasının Nazirlər Şurasının iclasına da qatılacaq.
Nemət