Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində yerləşən bir ofisdən 20000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş E.Ənnağıyev, Salyan rayon sakini əvvəllər məhkum olunmuş B.Hacıyev və Ağdam rayon sakini əvvəllər məhkum olunmuş V.Ələsgərov saxlanılıb.
Bundan başqa, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində yerləşən bir anbardan 3500 manat dəyərində kondisioner, 10 ədəd pəncərə, 6 qapı və naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş M.Xəlilov tutulub.
Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 25-də rayon ərazisində bir avtomobildən 1750 manat pul və bankomat kartları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş V.Axundov və R.Süleymanov həbs edilib.
Qaradağ rayonu 38-ci polis bölməsinə avqustun 28-də rayonun Sahil qəsəbəsi ərazisində “Tofaş” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini İ.Məmmədov avtomobillə birlikdə saxlanılıb.
Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir evdən 1500 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb.
Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə məxsus 4 velosipedi oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini əvvəllər məhkum olunmuş B.Babazadə saxlanılıb.
Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsi və Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş N.Bağırov və R.Bağırov saxlanılıb.
Şəxsi axtarış zamanı onların üzərində heroin aşkar olunaraq götürülüb.
Araşdırmalarla onların şəhər ərazisində bir evdən 5000 manat dəyərində məişət əşyaları oğurlaması da müəyyən olunub.