Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribov dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, Fikrət Qəribov uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.
Qeyd edək ki, Fikrət Qəribov 2007-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışırdı.
O, hakim vəzifəsinə təyin olunmamışdan əvvəllər prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləyib.