Türkiyənin Osmaniye vilayətinin Düziçi rayonunda 5,1 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.
Zəlzələ Adana, Qaziantep, Kahramanmaraş və Hatayda da hiss olunub.
AFAD-dan verilən açıqlamada, “Düziçi rayonunda baş verən 5,1 bal gücündə zəlzələdən sonra bu an üçün heç bir mənfi xəbər olmadığı bildirilib. Hadisələri izləyirik” qeyd olunub.