Bakının Binəqədi rayonunda tələbinin intihar etməsi ilə bağlı araşdırma aparılır.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Dekabrın 20-də 2002-ci il təvəllüdlü Şamil Qarayevin təhsil aldığı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının yataqxanasının 8-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma başlanılıb.