2 Fevral 2023 11:48
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin həbs olunması barədə yayılan məlumata münasibət bildirib.

Qurumun mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, “Bakupost.az” və digər bəzi media qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin guya həbs olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Qeyd edilən məlumatlar Baş Prokurluğun mətbuat xidməti tərəfiindən təkzib edilir.

“Müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılmasının qanunvericiliklə qadağan olması bir daha media qurumları və sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır” – deyə məlumatda qeyd olunub.


Müəllif: Hacı Zeynalov