19 Aprel 2023 11:51
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 18-də saat 16 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən bankların birinin filialından Sabunçu rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Teleqraf.com xəbər verir ki, dərhal polis əməkdaşları həmin ünvana gəliblər.

Banka 2 ədəd 50 dollarlıq saxta əskinas verməkdə şübhəli bilinən Bakı şəhər sakini Rövşən Qəndiyev saxlanılıb və araşdırma aparılması üçün 13-cü polis bölməsinə təhvil verilib.


Müəllif: Hacı Zeynalov