23 Aprel 2023 19:08
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Memar Əcəmi" stansiyasında orta yaşlı kişi sərnişin stansiya yoluna düşüb.

Teleqraf.com xəbər verir ki, stansiyaya daxil olan qatarın maşinisti dərhal qatarı saxlayıb. Metropolitenin normativ tələblərinə uyğun yüksək gərginlik çıxarılıb, həmçinin təcili tibbi yardım çağırılıb. Sərnişin stansiya yolundan çıxarılıb, ilkin yardım göstərilib. Təcili tibbi yardım sərnişinin ciddi xəsarət almadığını qeydə alıb. Hadisə nəticəsində Yaşıl xətt üzrə intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər