Qax rayonunun İlisu kənd sakini, 1992-ci il təvəllüdlü Kamallı Rəhman Sədrəddin oğlunun iyulun 23-də təxminən saat 20 radələrində dağlıq-meşəlik ərazidə naməlum istiqamətdə gedərək itkin düşməsi barədə dünən yaxınları tərəfindən polisə müraciət edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Rayon polis şöbəsinin və digər aidiyyəti qurumların əməkdaşları axtarışlara cəlb olunub. Onun tapılması istiqamətində tədbirlər keçirilir.