27 İyul 2023 09:10
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngilan rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində partlamamıṣ sursatların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Polis əməkdaşları rayonun Beşdəli kəndi ərazisində xidmətdə olan zaman 1 ədəd əl qumbarası, 18 ədəd müxtəlif növ mərmi, 122 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar ediblər.

Sadalanan sursatların təhlükəsiz şəkildə daşınması və məhv edilməsi üçün adiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Zəngilan rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov