20 Avqust 2023 00:29
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində təmirdə olan orta məktəb binasında yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Binanın sahəsi 3600 kvadratmetr olan üçmərtəbəli korpusunun birinci mərtəbəsinin dəhlizində həcmi 25 litr olan boya ilə dolu qab və 2 kvadratmetr sahədə taxta tullantıları yanıb.

Nazirliyin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.


Müəllif: Teleqraf.com