15 Oktyabr 2023 08:33
383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə ötən gün Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonunun Qaragüney kəndi ərazisində qeydə alınıb.

“Toyota Prado” markalı avtomobil “Opel” markalı avtomobillə toqquşub. Daha sonra yolun kənarındakı kanala aşıb. Nəticədə avtomobildə olan İmişli rayon sakinləri Bayram Cəfərov, Sevil Nuriyeva, Seymur Cəfərov və İlkin Əliyev müxtəlif dərəcəli xəsarət alıblar.

Bildirilib ki, Bayram Cəfərovun vəziyyəti ağırdır.


Müəllif: Teleqraf.com