22 Fevral 21:42
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonunun Yuxarı Ağalı kəndinin ərazisindəki əkin sahəsinin yaxınlığından silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "Kalaşnikov" konstruksiyalı avtomat və 30 ədəd patron aşkarlanaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər