26 Mart 13:30
392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı rayonunda balıq tutan şəxsi elektrik cərəyanı vuraraq öldürüb.

Teleqraf.com xəbər verir ki, hadisə səhər saatlarında rayonun Orta Muğan kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Amil Səmədov balıq tutan zaman tilov yüksək gərginlikli elektrik naqilinə toxunub və cərəyanın təsirinə məruz qalan balıqçı ölüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com