26 Mart 18:52
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, hadisə Novxanı yolunda qeydə alınıb.

"VAZ-2106" və yük avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, 1967-ci il təvəllüdlü Rasim Nadir oğlu Hacıyev hadisə yerində ölüb.

Qəza zamanı daha 2 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com