28 Mart 10:24
362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvanda Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, hadisə yolun 18-20-ci km-lik hissəsində qeydə alınıb. Qaya parçaları yolun hərəkət hissəsinə düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb.

Sözügedən yolda yaranmış problemlə bağlı dərhal əraziyə agentliyin xüsusi texnikası və canlı qüvvəsi cəlb edilib. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində həmin yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi qısa zamanda təmin olunub.


Müəllif: Teleqraf.com