6 Aprel 08:56
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Nizami rayonunda köşk yanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 4 m² olan köşkün yanar konstruksiyaları yanıb.

"Yanğının kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır", - deyə qeyd olunub


Müəllif: Teleqraf.com