21 Aprel 21:46
300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Xaçmaz kəndində baş verib.

Xaçmaz kənd sakini, 1994-cü il təvəllüdlü Araz İlyas oğlu Rəsulovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq dirəyə çırpılıb.

Nəticədə sürücü və onun sərnişini, 1995-ci il təvəllüdlü Ərazi Zaman oğlu Abdulhəlimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com