29 Aprel 09:23
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com--a verilən məlumata görə, rayonun Topalhəsənli kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli obyektin (restoran kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com