9 May 21:07
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Babək rayonunun Didivar kəndində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, məlumatla əlaqədar Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb.


Müəllif: Teleqraf.com