20 May 14:42
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asteroidlər təkcə Yer kürəsinə yaxın deyillər, bütün Günəş sistemində mövcuddur. Yəni digər planetlərin də asteroidlərlə toqquşması ehtimalı yüksəkdir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Monthly Notices of Royal Astronomical Society Letters” jurnalında dərc olunan yeni araşdırmada deyilir.

Elm adamları Marsa asteroid təhlükəsini araşdırıblar. Araşdırma zamanı bəlli olub ki, Mars üçün Yerlə müqayisədə təxminən iki yarım dəfə çox təhlükəli asteroidlər var.

Tədqiqatçılar Marsın yanından keçə biləcək 17 000 potensial təhlükəli asteroidin olduğunu təxmin edirlər, amma Yer kürəsinin orbitində cəmi 4 700 asteroid var.

Tədqiqatçılar hər il Marsa yaxınlaşan ən azı 52 potensial təhlükəli asteroidi müşahidə edə biliblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər