Ötən gün Müsavat Partiyası Məclisinin sessiyası keçirilib. İsa Qəmbər Məclisdə çıxışı zamanı partiyanın Milli Şuradan çıxmasına haqq qazandıraraq deyib ki, onların qərarının doğru olduğunu zaman ortaya qoyub.
Milli Şura üzvü Vidadi Mirkamal İsa Qəmbərin atmacasına elə atmaca ilə cavab verib:
"Bunu o vaxt demək olardı ki, Müsavat Partiyası Milli Şuradan fərqli olaraq təklikdə daha çox müxalifətçilik etmiş olsun və ya demokratik düşərgəni toparlamaq uğrunda daha çox fəallıq nümayiş etdirsin. Şəxsən mən bunu müşahidə eləməmişəm. Bəlkə, Müsavat Partiyası Milli Şuradan ayrıldıqdan sonra möhtəşəm kütləvi aksiyalar keçirib, amma biz bilməmişik? Heç bir partiya və ya qurum öz fəaliyyətsizliyini MŞ ilə bağlamamalıdır"