Metronun "Ulduz" stansiyasında sərnişin qatar yoluna düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlama yayıb.
"19:00 radələrində "Ulduz" stansiyasında sərnişin stansiya yoluna düşüb. Dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili və təxirəsalınmaz təcili tibbi yardım xidməti dəvət olunub ", - deyə o bildirib.
Onun sözlərinə görə, sərnişin stansiya yolundan çıxarılıb.
"Təmas relsinə yüksək gərginlik verilib, qatar yola salınıb. İntervaldan əlavə 24 dəqiqə yubanma yaranıb.
Hazırda Yaşıl və Qırmızı xətlərdə hərəkət intervalların tənzimlənməsi və qrafik üzrə yubanmanın aradan qaldırılması işləri aparılır", - deyə B.Məmmədov əlavə edib.
Qeyd edək ki, bu gün metronun "28 May" stansiyasında da sərnişin qatar yoluna düşüb. Həmin sərnişin həyatını itirib.
19:34
Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin "Ulduz" stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.
Teleqraf.com xəbər verir ki, hadisə qatar stansiyaya daxil olarkən baş verib.
Sərnişin qatarın altında qalıb, onun vəfat edib-etmədiyi hələ ki məlum deyil.
Hadisəyə görə qatarların hərəkəti dayandırılıb.
Qeyd edək ki, bu gün daha bir sərnişin Metronun "28 May" stansiyasında qatar yoluna düşərək ölüb.