4 Oktyabr 18:45
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaxda itin hücumuna məruz qalan 11-ci sinif şagirdinin vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən Teleqraf.com-a bildirilib ki, şagird evə buraxılıb.

"Oktyabrın 3-ü saat 22:30-da 2008-ci il təvəllüdlü (qadın cinsli) şəxs it dişləməsi səbəbilə Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.

Ona bədənin bir neçə nahiyəsində müştərək açıq yaralar diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər