Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin “28 may” stansiyasında kişi sərnişin qatar yoluna düşüb.
Bu barədə Teleqraf.com-a səhmdar cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, hadisə qatar stansiyaya daxil olarkən baş verib. Maşinist dərhal qatarı saxlayıb, normativ tələblərə uyğun olaraq yüksək yoldan gərginlik çıxarılıb.
Sərnişin stansiya yolundan çıxarılsa da, onun vəfat etdiyi məlum olub.
Hadisəyə görə qatarların hərəkətində 17 dəqiqə yubanma olub. Artıq hərəkət bərpa olunub.