"Mənim Müsavat Partiyasından çıxarılmağım tamamilə qanunsuzdur. Bu, partiya nizamnaməsinə də ziddir. Səhhətimlə əlaqədar olaraq özəyin iclasına qatıla bilmədim. İndi məlumat almışam ki, iştirakım olmadan barəmdə qərar çıxarıblar. İclaslara qatılmadığımı bəhanə edib məni partiyadan uzaqlaşdırıblar. Bu, nizamnamə pozuntusudur".
Bunu Teleqraf.com-a açəıqlamasında Müsavat Partiyası sıralarından xaric edilən Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədr müavini Vurğun Əyyub barəsində çıxarılan qərara münasibət bildirərkən qeyd edib.
Onun sözlərinə görə, partiyada şəffaflıq olmadığı üçün üzvlük haqqı ödəməyib: "Mənim partiyaya xərclədiyim pullar qədər bu adamların indiyə qədər ödədikləri üzvlük haqqından daha çoxdur. Məni partiyadan çıxarmaq üçün bunlara bəhanə lazımdır. Özək təşkilatı qeyri-legitim halda formalaşan rəhbərliyin sifarişini yerinə yetirib. Ona görə də, mənim onlara deyəcək heç bir sözüm yoxdur".