16 İyun 2014 21:59
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) rəsmi orqanı olan “Vətəndaş həmrəyliyi” qəzetinin elektron versiyası - Vhpress.az saytından müxtəlif ictimai-siyasi xadimlərin ünvanına virus göndərilir.

VHP-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hələlik bəlli olmayan ünvandan hücum edən hakerlər sosial şəbəkələrdə müxtəlif ictimai-siyasi xadimlərin ünvanına VHP sədri Sabir Rüstəmxanlı və partiya funksionerləri adından müraciətlər göndərir, onun haqqında guya açıqlama verildiyini bildirməklə Vhpress.az saytını açmasını xahiş edirlər. Saytın açılması zamanı parol istənilir və parol yazılarkən həmin şəxsin bütün elektron ünvanı və “Facebook” profili ələ keçirilir.

Partiyanın mətbuat xidmətindən verilən xəbərə görə, iki gündür partiya sədri də daxil olmaqla VHP funksionerlərinin elektron ünvanlarına, sosial şəbəkədəki profillərinə də hücumlar təşkil edilir.

Hazırda Vhpress.az-ın fəaliyyəti dayandırılıb və mütəxəssislər bu problemi aradan qaldırmayana qədər sayt fəaliyyət göstərməyəcək: “İctimai-siyasi xadimlərdən və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, VHP sədri və ya funksionerləri adından sizə göndərilən hər hansı linkə daxil olmayın və belə bir bildiriş aldığınız təqdirdə, dərhal təhlükəsizlik tədbirlərini həyata keçirin”.


Müəllif: