17 İyun 2016 17:34
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən ilk məşqdə niderlandlı sürücü, “Red Bull Racing” komandasının Formula-1 pilotu, 2014-cü ilin “Formula-3 Masters” yarışının qalibi Maks Ferstappen maşınında yağ sızması başlayanadək trasda 3 dövrə vura bilib.

Niderlandlı pilot məşq zamanı aldığı ilk təəssüratları “Sky Sports” kanalının efirində bölüşüb.

- Maks, çox güman ki, yağ sızması səbəbindən işlərinizi davam etdirə bilməyəcəksiniz. Bu trasda məşq zamanı aldığınız ilk təəssüratlarınız necədir?

- Tras çox sürüşkən olsa da, təəssüratlarım yaxşıdır. Mən üç dövrə vurdum, lakin sonradan problemlər yarandı. Ümid edirəm ki, daha çox dövrə vurmaq üçün biz onları vaxtında həll edə biləcəyik. Ümumiyyətlə, sessiyanın əvvəlindən başlayaraq maşını idarə etmək asan idi, odur ki, mən bundan narahat deyiləm.

- Komandanın işi artdı: mexaniklər maşının arxa hissəsini təmir edirlər...

- Düzdür, lakin onlar cəld işləyir.

- Sizin gözləmədiyiniz hansı hadisə baş verib?

- Simulyatorda bu trasın öhdəsindən pis gəlmədim, lakin reallıqda asfaltla təmas səviyyəsi tamamilə fərqli oldu. Buna baxmayaraq, Baki trasının konfiqurasiyası orada ideal olaraq təkrarlanıb, bu da yaxşı oriyentir götürməyə imkan verib.

- Siz əyarları nə zaman korrektə edəcəksiniz, sizə elə gəlmir ki, düz yolda sürəti itirməmək üçün sıxma gücünü həddən artıq azaltmaq lazım deyil?

- Düzdür. Lakin hələ bu barədə fikir yürütmək tezdir, belə ki, trasın vəziyyəti müntəzəm olaraq dəyişir. Əgər sıxma gücünü tədricən azaltsanız, bəzən sizə elə gələcək ki, həddi aşmısınız. Diqqətli olmaq lazımdır. Mənə elə gəlir ki, indi mümkün qədər çox dövrə vurmaq, sonra isə 3-cü məşqdə arxa anti-qanadın əyarlarını korrektə etmək daha vacibdir.


Müəllif:

Oxşar xəbərlər