20 İyun 2016 22:33
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qısa vaxtda böyük dəyişikliklər edə bilmərik. Utanması gərəkən biriləri varsa, o, mən deyiləm. Bu komandanı, texnik heyəti bu həddə gətirənlər utansın".

Teleqraf.com xəbər verir ki, bunu Avro-2016-da zəif nəticə göstərən Türkiyə millisinin baş məşqçisi Fatih Terim jurnalistlərə açıqlamasında bildirib.

F.Terim bildirib ki, olduqları qrup ölüm qrupu idi: "Bu qrupdan çıxmağın çətin olduğunu demişdim. Unutmayın ki, mən də insanam, duyğularım var. Lazım olsa cəzamı ödəməyə hazıram. Keçmişdə Qalatasarayda və milli komandada ödədim. Heç kimim haqqı bizdə qalmaz. Bir az üzgünüm. Bəzilərinə görə, matah insan olmaya bilərəm. Amma Türkiyədəki bütün matah işləri mən həyata keçirdim. 46 ildir futbolun içərisindəyəm, sayqı duyulmalıdır. Evro-2016-ya oyun zamanı hazırlaşmaq olmaz. Ölkə boyu bu tura hazırlaşa bilmədik".

Ayxan


Müəllif:

Oxşar xəbərlər