İtaliya millisinin sabiq yarımmüdafiəçisi Andrea Pirlo maraqlı fikirləri ilə diqqət çəkib.
37 yaşlı futbolçu artıq yığmaya lazım olmadığını bildirib:
"Əgər mən Avropa çempionatına yollanmaq istəsəydim, "Yuventus"da daha bir il qalardım. Ancaq mən Amerikanı seçdim və belədə İtaliya millisinin baş məşqçisi Anronio Konte məni digər futbolçular kimi mütəmadi izləyə bilməzdi. Düşünürəm ki, artıq milliyə lazım deyiləm. Yığmanın heyətində istədiyim uğurlara nail olmuşam. Düzdür, İtaliya millisi üçün darıxıram, amma belə olacağını bilirdim".
Qeyd edək ki, 2002-ci ildən İtaliya millisində çıxış edən Pirlo keçirdiyi 116 oyunda 13 qol vurub.(qol.az)