8 İyul 2016 23:33
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Futbol Federasiyasının (FİFA) keçmiş prezidenti Yozef Blatter dəri xərçəngindən əziyyət çəkir və sol qulağının bir hissəsinin kəsilməsi üzrə cərrahiyyə əməliyyatı keçirib.


"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, 80 yaşlı Y.Blatter iyulun 6-da Sürixdəki klinikada əməliyyat olunub. Onun immun sistemində yaranan problemdən əziyyət çəkdiyi iddia olunur.

KİV-lərin yazdığına görə, FİFA-nın keçmiş başçısı 2015-ci ilin əvvəlində emosional gərginlik səbəbindən xəstəxanaya yerləşdirilib.

Ümumiyyətlə, ötən il sentyabrın 25-də İsveçrənin Federal Ədliyyə Bürosu Y.Blatterə qarşı cinayət işi açıb. O, 2011-ci ildə 2 milyon İsveçrə frankını qanunsuz olaraq UEFA-nın başçısı Mişel Platininin hesabına köçürməkdə ittiham olunur. Dekabrın 21-də FİFA-nın etika üzrə komitəsinin arbitraj palatası Blatter və Platinini 8 il müddətinə futboldan uzaqlaşdırsa da qurumun apelyasiya komitəsi onlara qarşı sanksiyanı yüngülləşdirərək cəzalarını 6 ilə qədər azaldıb.

Y.Blatter 2015-ci ildə təşkilatın ətrafında baş verən korrupsiya qalmaqalı fonunda FİFA-nı tərk etdiyini bildirib.
FİFA prezidenti vəzifəsində onun yerini Canni İnfantino tutub.


Müəllif:

Oxşar xəbərlər