Madridin "Real" klubunun futbolçusu Serxio Ramos Avropa futbolunun tarixinə düşüb.
Teleqraf.com xəbər verir ki, o, 3 Avropa kubokunun finalında qol vuran ilk müdafiəçi olub.
Avqustun 9-da "Sevilya" ilə superkubok görüşünün 93-cü dəqiqəsində hesabı bərabərləşdirən Ramos "Real"ı məğlubiyyətdən xilas etməklə yanaşı, həm də rekorda imza atıb.
30 yaşlı futbolçu 2014 və 2016-cı illərdə Çempionlar Liqasının finallarında da qol vurub.