FİFA-nın Oyunçuların Statusu Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının futbolçu Dəniz Yılmazla bağlı müraciəti ilə əlaqədar qərar qəbul edib.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, futbolçu Dəniz Yılmaza bu qərar tərəflərə göndərilən tarixdən etibarən Azərbaycan milli komandasında çıxış etmək icazəsi verilib.
FİFA bu barədə UEFA və Türkiyə Futbol Federasiyasını da məlumatlandırıb.