3 Sentyabr 2016 21:14
381

Dünyanın məşhur futbol menecerlərindən olan Raiola Balotellinin "Nitsa"ya keçidi ilə bağlı maraqlı açıqlamalarla gündəmə gəlib.

O, Liverpulun baş məşqçisi Yurqen Kloppun Balotelli ilə pis davrandığını iddia edib: "Klopp Balotellini ikinci komanda ilə məşqlərə çıxmağa məcbur edirdi. Hər nə baş verirsə versin, onun bir insan olduğunu başa düşmürdü"

Raiola Kloppun "Liverpul" üçün düzgün seçim olmadığını fikirləşir: "Kloppun məşqçilik bacarıqlarını mühakimə edə bilmərəm, amma mənə görə, böyük məşqçi deyil. "Liverpul" onun yanlış seçim olduğunu başa düşəcək".

Balotellinin "Nitsa"dakı gələcəyi ilə bağlı da danışan italiyan menecer futbolçunun yeni klubunda əvvəlki formasını bərpa edəcəyinə inanır: "O, burada "Mançester Siti"dəki formasını bərpa edəcək. Balotellinin gəlişi ilə İbrahimoviçin gedişindən sonra nüfuzdan düşən "Liqa 1" yenidən nüfuz qazanacaq". /futbolpress/


Müəllif: