Braziliya millisinin sabiq üzvü Ronaldinyonun yeni iş yeri müəyyənləşib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 36 yaşlı yarımmüdafiəçi yenidən "Barselona"ya qayıdıb.
Ancaq o, Kataloniya klubuna futbolçu kimi yox, məsul şəxs kimi geri dönüb. “Barsa”nın ABŞ-dakı səfiri təyin olunan Ronaldinyo komanda üçün yeni istedadlı futbolçular axtarışında olacaq.
"Barselona" sentyabrın 6-da Nyu-York şəhərində yeni ofis açacaq.
Qeyd edək ki, 2003-2008-ci illərdə "Barselona"da çıxış edən Ronaldinyo 145 oyuna 70 qol vurub.