Xese Rodriqez PSG-yə oyun praktikasını artırmaq üçün gəldiyini bildirib. Goal.az xəbər verir ki, "As"a açıqlamasında gənc hücumçu bunları deyib:
"Paris klubuna "Real"da olduğu kimi ehtiyatda oturmağa gəlməmişəm. Bütün oyunlarda meydana çıxmaq istəyirəm. Baxmayaraq ki, komandada yaxşı futbolçular çoxdur. "Real"da 10 il keçirdiyimdən oradan getmək ağır idi. Amma PSG əla klubdur və bu, gələcəyim üçün yaxşıdır. Buraya gəlmişəm ki, futbolçu kimi inkişaf edərək titullar qazanım".
Fransa çempionatının 4-cü turunda "Saint Etienne"ə qarşı oyunda Xese 58-ci dəqiqədə Anhel Di Maria ilə əvəzlənmişdi.