"Barselona"nın zədəli futbolçusu Lionel Messinin yaşıl meydanlara qayıdacağı vaxt müəyyənləşib.
Fərdi məşqlərə başlayan argentinalı hücumçu Çempionlar Liqasnın qrup mərhələsinin üçüncü turunda "Mançester Siti" ilə oyuna hazır olacaq.
Qeyd edək ki, "Barselona" - "Mançester Siti" görüşü oktyabrın 19-u keçiriləcək.
Xatırladaq ki, L.Messi La Liqanın 5-ci turunda "Atletiko" ilə (Madrid) matçda (1:1) zədələnib.
Qol.az