8 Oktyabr 2016 22:59
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanı qələbə münasibəti ilə təbrik edirəm. Nəticəyə görə məyusuq. Oyun ərzində qol imkanları oldu, amma dəyərləndirə bilmədik".

Teleqraf.com-un xəbərinə görə, bunu Norveç millisinin baş məşqçisi Per-Matias Hoqmo Azərbaycan yığması ilə oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib. Baş məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Bakı Olimpiya Stadionunun ot örtüyü ürəyinizcə oldu?
- Meydançanın vəziyyəti yaxşı idi. Oyun ərzində hücumlar olurdu. Sadəcə şanslarımızı dəyərləndirə bilmədik.

- Seçmə mərhələdə göstəriciniz heç də yaxşı deyil. Postunuzdan getməyi düşünürsünüzmü?
- Üç xal itirdiyimiz üçün məyusuq. Ötən mərhələdə bu komandadan 4 xal aldıq. İndi bütün diqqətimizi San Marinoya yönəltməliyik.

- Oyundan öncə Azərbaycan və San Marinodan xal alacağınıza əminliyinizi bildirmişdiniz. Düşünmürsünüz ki, bu açıqlamanız Azərbaycan millisini daha da motivasiya etdi...
- Həmişə qələbə qazanmaq istəyirik. Amma rəqibdə oyun keyfiyyətinin artdığı görünür. Ötən ildə bizdən və Xorvatiyadan xal ala bilmişdiniz.

- Qoldan sonra hava ötürmələrindən başqa ötürmələr görmədik. Başqa seçim yox idi?
- Gördünüz ki, Azərbaycan orta xətdən müdafiəyə başlayırdı. Bizim qol vurmaq üçün başqa yolumuz yox idi. Cərimə meydançasında da olan fürsətləri dəyələndirə bilmədik.


Müəllif:

Oxşar xəbərlər