9 Oktyabr 2016 20:39
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə Şotlandiyanın "Seltik" klubu gənclər komandasının heyətində meydana 13 yaşlı futbolçu
buraxmaqla, diqqəti cəlb etmişdi. "Qalatasaray" klubu bu yöndə daha irəli gedib.

"Aslanlar" Bolqarıstanın "Levski" klubu ilə yoldaşlıq görüşü keçirib. Qarşılaşmanın başa çatmasına 2 dəqiqə qalmış "cim-bom" meydana 14 yaşlı futbolçu buraxıb.

Mustafa Kapi meydanda olduğu müddətdə bir dəfə ikili mübarizəyə qoşulub, bir dəfə isə dəqiq ötürmə verib. Qarşılaşma "Qalatasaray"ın qələbəsiylə başa çatıb - 2:0.


Müəllif: