Xəbər verdiyimiz kimi, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti təlim-məşq toplanışına start verib.
Teleqraf.com xəbər verir ki, Bakıda hazırlıq keçən yığmanın düşərgəsində 27 futbolçu məşq edir.
Toplanışa qatılan heyətdə “Qəbələ” klubunun 6 futbolçusu yer alıb. U-21-in hazırlıqlarında qapıçılar Süleyman Süleymanovla Murad Popov, müdafiəçi Bəhlul Mustafazadə, yarımmüdafiəçilər Roman Hüseynov, Qismət Alıyev və Ehtiram Şahverdiyev iştirak edirlər.
Yığmanın təlim-məşq toplanışı noyabrın 16-dək davam edəcək.