11 Noyabr 2016 15:47
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın və millimizin kapitanı Rəşad Sadıqovun zədəsinin son durumu məlum olub.

Teleqraf.com klubun saytına istinadən məlumat verir ki, futbolçu dünən Londonda həkim müayinəsindən keçdikdən sonra onun ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacağı məlum olub.

R.Sadıqov qeyd edib: "Fiorentina" ilə oyundan sonra zədələnmişdim. Sadəcə, elə görüşlər idi ki, mütləq iştirak etməli idim. Həkimlərlə oynayıb-oynamamağımı məsləhətləşəndə risk olduğunu bildirirdilər. Amma həmin oyunları kənardan izləyə bilmirdim. Həm Norveç, həm də PAOK-la matçlara zədəli çıxdım. Təhlükə gözlənilən idi. Bakıdakı son məşqdə zədəmi təzələdim. Bacarıqlı bir alman həkim var. Qismətdən, o da Londonda idi. Əlaqə saxladıq və müayinədən keçdim. Bazar ertəsindən müalicəyə başlayacağıq. Proqnozlara əsasən, ən azı 6-7 həftəyədək yaşıl meydanlardan kənarda qalacağam".


Müəllif:

Oxşar xəbərlər