21 Noyabr 2016 17:36
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Avropa Liqasında qrup mərhələsinin V turunun hakim təyinatları açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan klubları “Qarabağ” və “Qəbələ”nin də matçını idarə edəcək baş hakimlər müəyyənləşib.

Çexiyada “Slovan”ın qonağı olacaq “Qarabağ”ın oyununda isveçli hakimlər çalışacaq. Baş hakim Stefan Yohannesson olacaq. Ona yan xətt hakimləri Frederik Nilson və Mehmet Çulum kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Maqnus Seblom yerinə yetirəcək. Qapı arxası hakimlər isə Andreas Ekberq və Kristofer Karslon təyin olunub.

Belçikanın “Anderlext” klubu ilə qarşılaşacaq “Qəbələ”nin oyunu ukraynalı hakimlərə tapşırılıb. Görüşü baş hakim Yevgeni Aranovski idarə edəcək. Ona yan xətt hakimləri Sergey Bekker və Aleksandr Vortyuk kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Semyon Şkonçak yerinə yetirəcək. Qapı xəttində isə Anatoli Abdula və Anatoli Jabçenko duracaq.

Bakcell Arena”da keçiriləcək “Qəbələ”–“Anderlext” matçı noyabrın 24-də, saat 20:00-da, eyni gündə Liberetsdə oynanılacaq “Slovan”–“Qarabağ” görüşü isə Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.


Müəllif:

Oxşar xəbərlər