29 Noyabr 2016 18:20
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

FİFA prezidenti Canni İnfantino Braziliyanın "Şapekoense” klubunun futbolçularının da olduğu təyyarənin qəzaya uğramasından danışıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, Kolumbiyadakı qəzadan şoka düşdüyünü deyib: "Futbol ictimaiyyəti üçün çox ağır gündür. Faciəvi xəbərdir. FİFA "Şapekoense"nin azarkeşlərinə, futbolçuların ailələrinə, və Braziliya mətbuatına başsağlığı verir".

Xatırladaq ki, bu gün səhər Braziliyanın "Şapekoense" klubunun 27 futbolçusu, məşqçiləri və nümayəndələrinin də olduğu təyyarə Kolumbiyanın Medellin hava limanına enərkən qəzaya uğrayıb.

Braziliya TV-lərinin xəbərinə görə, qəzaya uğrayan təyyarədə 5 nəfər sağ qalıb.


Müəllif:

Oxşar xəbərlər