“Qarabağ” Antalyada məşqləri davam etdirir.
Teleqraf.com klubun saytına istinadən xəbər verir ki, komanda təlim-məşq toplanışının üçüncü günündə bir məşqlə kifayətlənib. Axşam saatlarında başlayan məşq fiziki təmrin və toplu çalışmalara həsr olunub.
Təxminən 1 saat 30 dəqiqə davam edən məşq zamanı “Qarabağ”ın üzvləri kross qaçış, daha sonra isə topla müxtəlif hərəkətləri yerinə yetiriblər.