23 Yanvar 2017 17:55
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Cem Fələk karyerasının Finlandiyada davam etdirəcək.

Qol.az-ın Finlandiya mətbuatına istinadən yaydığı xəbərə görə, 20 yaşlı yarımmüdafiəçi “Rovaniemi” klubuna keçib. Onunla 1+1 il müddətində müqavilə imzalanıb.

Türk əsilli C.Fələk “Ayntraxt” (Frankfurt) klubunun yetirməsidir. O, 2011-2013-cü illər arasında “Ayntraxt” U-17 komandasında oynayıb. 2013-cü ildə isə Cem Fələk “Bohum”a keçib və 2013-14 mövsümündə klubun U-19 komandasında çıxış edib.

Cem Fələk 2012-ci ildə 17 yaşadək futbolçulardan ibarət millimizə çağırılıb və meydana çıхdığı 11 oyunda 5 qol vurub. 2014-cü ildə isə o, 19 yaşadək futbolçulardan ibarət yığmamıza dəvət alıb və komandamızda 3 oyun keçirib.


Müəllif:

Oxşar xəbərlər