1 Fevral 2017 00:10
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zirə” klubu daha bir futbolçu ilə müqavilə imzalayıb.

Teleqraf.com klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, əslən Qanadan olan hücumçu Riçard Qadzedir.

Klub 22 yaşlı oyunçu ilə 1,5 illik anlaşma əldə edib.

2012-ci ildə Qananın “Ebusua” klubunda peşəkar karyerasına başlayan Riçard Qadze 3 il sonra Hindistan təmsilçisi “Delhi Dinamos”a keçib. Qadze, həmçinin icarə əsasında Finlandiyanın HİK klubunda da forma geyib.


Müəllif: