26 Fevral 2017 20:25
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo azarkeşlərə transfer vədi verib.

“Sky Sports”a açıqlamasında o bildirib ki, qarşdakı yay transfer pəncərəsi zamanı yeni oyunçular alacaqlar.

“Hazırkı futbolçularımızla bu mövsüm xal qazanmaq baxımından problemlərimiz olsa da, hazırda yaxşı durumdayıq. Yayda heyəti daha da gücləndirmək üçün 2 və ya 3 yeni oyunçu transfer edəcəyik”.

Mourinyo “almaq istədiyiniz futbolçuların kimliyi müəyyənləşibmi” sualıa “hə” cavabı verib.

Qeyd edək ki, Britaniya mətbuatı “qırmızı-şeytanlar”ın Antonio Qrizmann və Neymarla maraqlandığını iddia edir.

/Qol.az/


Müəllif: