28 Fevral 2017 00:14
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Türkiyə Super Liqasında XXII turun son oyununda "Qalatasaray" və "Beşiktaş" komandaları üz-üzə gəlib.

Teleqraf.com-un məlumatına görə, İstanbul derbisi qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu Adrian Taliska vurub. Braziliyalı yarımmüdafiəçi 47-ci dəqiqədə fərqlənib.

"Beşiktaş" bu qələbədən sonra 22 oyundan 50 xalla liderliyini möhkəmləndirib. Turnir cədvəlində 3-cü pillədə olan "Qalatasaray"ın 40 xalı var.


Müəllif: