3 Mart 2017 21:58
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari mövsümdə işləri qaydasında getməyən “Qalatasaray” ciddi itkiylə üzləşib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, “cim-bom” əsas üzvü Uesli Sneyderi itirib. Holland futbolçu komandanın dünənki məşqində zədələnib. Həkimlərin ilkin müayinəsindən sonra yarımmüdafiəçinin ən azı iki həftə yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.

Bu da o deməkdi ki, holland futbolçu Türkiyə Super Liqasının “Antalyaspor” və “Gənclərbirliyi” ilə oyunlarında “aslanlar”a kömək edə bilməyəcək.


Müəllif:

Oxşar xəbərlər