"Di Maria, Danni Uelbek və Xavyer Ernandesin komandadan göndərilməsi səhv addım idi".
Teleqraf.com xəbər verir ki, bunu “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo özünün gəlişinə qədər komandada baş vermiş transferlərə münasibət bildirərkən qeyd edib.
O, bildirib ki, komandaya bir qədər də tez gəlsəydi, bu futbolçular “Mançester Yunayted”də qalacaqdı:
“Kluba tez gəlsəydim, bu futbolçuların heç biri satılmazdı. Təəssüf ki, klub rəhbərliyi bu səhvi buraxıb. Ancaq mən heç vaxt Di Marianı, Danni Uelbeki və Xavyer Ernandesi satmazdım”.